RU

Qarabağ barədə təxribatçı düzəliş qəbul olundu -FOTO

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.

Söhbət ermənipərəst Konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir.

Təxribatçı layihə Bakıda həbs olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada “erməni mədəni obyektlərinin qorunması”nı nəzərdə tutur.


Избранный
34
10
redaktor.az

10Источники