RU

Nüfuzlu qlobal oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

Bakı. Trend:

Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan“Xsolla” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək TexnologiyalarParkında rezident statusunu alıb.

Texnopark rezidentliyi “Xsolla” üçün texnoparkdan kənar(virtual) fəaliyyət göstərmək, eləcə də bir sıra imtiyazlardanfaydalanmaq imkanı yaradır. Belə ki, rezindentlik çərçivəsindəşirkət 10 il müddətinə sosial sığorta haqqı, mənfəət, torpaq,əmlak, dividend və bir sıra digər vergilərdən azad olacaq.

Texnopark rezidentliyinin verdiyi imtiyazlar sayəsində “Xsolla”Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəliyatırımlar etmək imkanına sahib olacaq. Bu da öz növbəsində oyunsənayesinin dinamik inkişafı, qabaqcıl dünya təcrübəsinin ölkəmizdətətbiqi və oyun studiyalarının həm yerli, həm də qlobal bazardatanınması yönündə real perspektivlər yaradacaq. “Xsolla”, həmçininölkəyə yüksəkixtisaslı kadrların cəlb olunmasına və ixtisaslaşmışinfrastrukturun inkişafına da təsir göstərəcək.

İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri TalehKərimli bildirib ki, “Xsolla”nın Azərbaycan texnoparkındafəaliyyətə başlaması yerli ekosistem üçün olduqca əhəmiyyətlihadisədir:

Xsolla kimi qlobal oyun şirkətinin Azərbaycandafəaliyyətini genişləndirməsi ölkədə oyun sənayesinin yüksəlişdəolduğunu göstərir. Ümumiyyətlə, qlobal oyunçuların Azərbaycanagəlməsi birmənalı olaraq yerli oyun ekosisteminin sürətliinkişafına təkan verir. Bununla yanaşı, həm innovasiyalarıntətbiqi, həm də İT sahəsində insan kapitalının inkişafısürətlənir.”

Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində kommersiyaəməliyyatlarının 72%-ni həyata keçirən platformadır və bu sahədə 20illik təcrübəyə sahibdir. İRİA ilə bu şirkətin əməkdaşlığıçərçivəsində yerli oyun ekosisteminin inkişafı istiqamətində ilkbeynəlxalq inkubasiya proqramı reallaşdırılıb, eləcə də yaxınzamanda “Xsolla StarNest Academy” və digər ortaq layihələrinbaşladılması nəzərdə tutulub.

Избранный
38
8
az.trend.az

9Источники