RU

Puqaçovanın müsahibəsi ona baha başa gələ bilər: Beş illik həbs təhlükəsi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tanınmış rusiyalı müğənni Alla Puqaçovaya son müsahibəsində Çeçenistanın keçmiş lideri Cövhər Dudayev haqqında söylədiyi tərifli sözlərə görə cinayət işi açıla bilər.

Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilir ki, Puqaçovanın Dudayevi "vicdanlı insan" adlandırması və onun haqqında müsbət fikirlər səsləndirməsi Rusiya Cinayət Məcəlləsinin terrorçuluğun təbliği ilə bağlı 205.2-ci maddəsinə uyğun qiymətləndirilə bilər. Bu halda müğənniyə beş ilədək həbs cəzası verilə bilər. Hazırda məsələ araşdırılır.

Bundan əvvəl vəkil Aleksandr Treşşyov Puqaçovanı məhkəməyə verib və Dudayev haqqında dediklərinə görə ondan 1.5 milyard rubl (təxminən 30.5 milyon manat) təzminat tələb edib. Onun sözlərinə görə, müğənni bu bəyanatları ilə döyüş veteranlarını təhqir edib.

Qeyd edək ki, Puqaçova müsahibəsində Dudayevin sağ qalması üçün heç nə edə bilmədiyinə görə üzr istəmiş və onu "vicdanlı insan" adlandırmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
oxu.az

1Источники