RU

Bu mahnıya görə nazirlik xəbərdarlıq etdi Məhkəməyə verildi

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məşhur müğənni Mabel Matizin "Perperişan" mahnısına girişin bloklanması üçün Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə müraciət edib.

Nazirliyin açıqlamasına görə, mahnının məzmunu ailə institutuna zərər verə bilər, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə bilər, ictimai asayişi poza bilər və ictimai narazılıq doğura bilər.

Müraciət ərizəsində qeyd olunur ki, vətəndaşlar da CİMER (Cümhuriyyət İnformasiya Mərkəzi) vasitəsilə nazirliyə şikayət edərək mahnının sözlərinin ailə dəyərlərinə uyğun olmadığını bildiriblər. Bu müraciətlər son nəticədə rəsmi tədbirin görülməsinə təkan verib.

Nazirlik qərarın icrası üçün məsələni İnformasiya Texnologiyaları və Rabitə Qurumuna göndərərək, mahnının internetdə yayımlanmasının bloklanmasını təmin etməyi xahiş edib.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
news.milli.az

3Источники