RU

TƏBİB: Avqust ayında 8 milyona yaxın tibbi xidmət göstərilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 1 milyon 956 min 902 müraciət qeydə alınıb. Bunlardan 41 min 733-ü stasionar, 1 milyon 915 min 169-u ambulator olub. TƏBİB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, ay ərzində 7 milyon 917 min 64 tibbi xidmət göstərilib. Onlardan 960 min 871-i stasionar, 6 milyon 956 min 193-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 milyon 239 min 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 min 752-si stasionar, 2 milyon 732 min 729-u ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 faiz artım qeydə alınıb.

Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31 min 2 olub. Onlardan 28 min 690-ı stasionar, 2 min 312-si ambulatordur.

Избранный
19
13
sia.az

10Источники