BAKI, 18 sentyabr. TELEQRAF
Özbəkistan Miqrasiya Agentliyinin direktoru Behzod Musayev Londonda Böyük Britaniyanın Əməkdən Sui-istifadəyə qarşı Mübarizə Təşkilatının (GLAA) baş direktoru Eliza Makkeffri ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşün yekunu olaraq Miqrasiya Agentliyi ilə GLAA arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Musayev bildirib ki, Böyük Britaniyadan bir sıra rekrutinq şirkətlərini cəlb etməklə Özbəkistanda əmək kvotalarının artırılması və orada çalışan vətəndaşların hüquqlarının müdafiəsi imkanları genişlənəcək.