RU

Azərbaycan heç bir güc mərkəzinə tabe olmayan suveren dövlət kimi tanınır- ÖZƏL

"Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Həmin qərar Azərbaycan tarixində dərin mənaya malikdir, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi sahəsində yeni mərhələnin başlanğıcını nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanov deyib: "Bu amillər xalqın uzun illər boyunca apardığı mübarizənin dövlət səviyyəsində rəsmi təntənəsi kimi dəyərləndirilir. Azərbaycan bu gün dünyada müstəqil siyasət yürüdən, milli maraqlarını hər şeydən üstün tutan, heç bir güc mərkəzinə tabe olmayan suveren dövlət kimi tanınır. Həmçinin, 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü elan olunması ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsinə töhfə verir. Çünki həmin addım Azərbaycanın dövlətçilik ənənələrinin sabit və dayanıqlı olduğunu göstərir, beynəlxalq ictimaiyyətə açıq mesaj verir: xalqımız öz müstəqilliyini daim qoruyacaq və gələcək nəsillərə əmanət edəcək. Bu amillər dövlətimizin beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqliyini, suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcəyini bir daha göstərir. Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətmizin başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: "Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники