RU

"Azeri Light" neftinin qiyməti 70 dollardan yuxarı qalxdı

Dünya bazarında Azərbaycan neftinin qiymətində cüzi artım qeydə alınıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,11 faiz bahalaşaraq 70,76 ABŞ dollarına çatıb.

Far.Az xəbər verir ki, neft bazarındakı mənbələrin məlumatına görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 68,31 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir bareli də bahalaşaraq 69,23 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub. Hazırda ölkənin əsas neft hasilatı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan həyata keçirilir və SOCAR-ın bu müqavilədəki payı 31,65 faiz təşkil edir.

Избранный
3
1
far.az

10Источники