AZ

Azərbaycan nefti bahalaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,72 % artaraq 68,59 ABŞ dolları təşkil edib.

Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,91 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,77 % artaraq 67,08 ABŞ dolları təşkil edib.

Seçilən
45
14
publika.az

10Mənbələr