Bu gün Liqa mərhələsinin növbəti oyunları keçiriləcək -
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk turun növbəti qarşılaşmaları baş tutacaq.Metbuat.azxəbər verir ki, turun son oyun günündə altı maraqlı matç oynanacaq. Günün ilk oyunları Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.Belçika təmsilçisi "Brügge" öz meydanında Fransa klubu "Monako"nu qəbul edəcək. Paralel olaraq, Danimarkanın "Kopenhagen" klubu Almaniyanın "Bayer Leverkuzen" komandası ilə qarşılaşacaq.Saat 23:00-da isə daha dörd oyun keçiriləcək. Almaniyada "Ayntraxt Frankfurt" "Qalatasaray"la qarşılaşacaq. Eyni saatda İngiltərə nəhəngi "Mançester Siti" İtaliyanın "Napoli" klubu ilə, "Nyukasl Yunayted" isə İspaniya təmsilçisi "Barselona" ilə üz-üzə gələcək. Digər görüşdə isə Portuqaliyanın "Sportinq" klubu Qazaxıstanın "Kayrat" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.UEFA Çempionlar LiqasıI turSaat 20:45, "Brügge" - "Monako";Saat 20:45, "Kopenhagen" - "Bayer Leverkuzen";Saat 23:00, "Ayntraxt Frankfurt" - "Qalatasaray";Saat 23:00, "Mançester Siti" - "Napoli";Saat 23:00, "Nyukasl Yunayted" - "Barselona";Saat 23:00, "Sportinq" - "Kayrat".