RU

Maaşımızdan 14 faiz vergi verəcəyik Deputatdan mərhələli keçid TƏKLİFİ

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

2026-cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştlərin müddəti başa çatır. Hazırda bu müddətin uzadılıb-uzadılmayacağı ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, gəlir vergisinə tətbiq edilən güzəştlər 2019-cu ildən etibarən qüvvədədir. Mövcud qaydalara əsasən, hazırda yalnız 8 000 manatdan yüksək əməkhaqqı alan şəxslərin gəlirinə 14% vergi tətbiq olunur.

Əgər güzəştlər ləğv edilərsə, gəlir vergisi əvvəlki qaydada hesablanacaq, belə ki, əməkhaqqının 2 500 manatadək hissəsindən 14%, sözügedən məbləğdən yuxarı hissəsindən isə 25% vergi tutulacaq.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 7 il müddətində Azərbaycanda qeyri-dövlət (özəl) və qeyri-neft sektorunda əmək müqaviləsi ilə çalışan fiziki şəxslər gəlir vergisindən azad edilmişdir. Onun sözlərinə görə, nzəərdə tutulan güzəşt 2026-cı il yanvarın 1-də başa çatır.

“Qeyd olunan dövr ərzində vətəndaşların əməkhaqlarına 14% və ya 25% dərəcə ilə tətbiq olunan gəlir vergisi tutulmamış, bu da onların real gəlirlərinin artmasına və əmək münasibətlərinin leqallaşmasına xidmət edib”.

Deputat bildirib ki, artıq bu güzəştin tətbiqindən 7 il keçib və onun başa çatması əməkhaqqı fondu baxımından həm işəgötürənlər, həm də işçilər üçün əlavə maliyyə yükü yaradacaq:

“Bu səbəbdən təklif edirəm ki, mövcud vergi güzəştinin müddəti uzadılsın.

Əgər güzəştin müddətinin uzadılması mümkün deyilsə, o zaman gəlir vergisinin dərhal əvvəlki 14% və ya 25% dərəcələrində deyil, daha aşağı, məsələn 2% səviyyəsində mərhələli şəkildə tətbiqinə başlanılsın. Bu, sahibkarlar və işçilər üçün ani maliyyə yükünün qarşısını alacaq, eyni zamanda dövlət büdcəsinə müəyyən səviyyədə gəlir daxilolmalarını təmin edəcək”.

Millət vəkili onu da əlavə edib ki, elə yanaşma həm real əməkhaqlarının qorunmasına, həm də qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına töhfə verəcəkdir:

“Xüsusilə də əmək müqaviləsi ilə çalışan və vergi güzəştindən yararlanan bütün vətəndaşlarımızın maraqları baxımından bu dəyişikliklərin tədricən və sosial baxımdan həssas şəkildə aparılması zəruridir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
modern.az

10Источники