RU

Azərbaycanda qeydiyyatda neçə narkotik istifadəçisi var?

2024-cü ilin sonuna Azərbaycanda dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfər olub.

 

Senzor.az bildirir ki, Səhiyyə Nazirliyi  Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumatda belə deyilir.

 

Vurğulanıb ki, bu barədə fakt "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda da əksini tapıb.

 

Narkotik istifadəçilərinin 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır.

 

Qeydiyyatda olanların 20 182 nəfəri opioidlərin, 8 611 nəfəri kannabinoidlərin, 11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

 

Избранный
26
24
senzor.az

10Источники