RU

Pekində 12-ci Syanşan Forumu işə başlayıb

Çinin paytaxtı Pekində "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə 12-ci Syanşan Forumu keçirilir.

Trend xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksəkrütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər. Azərbaycanı nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində 4 plenar iclas, 8 paralel sessiya, yüksəksəviyyəli dialoqlar, gənc zabitlər, alimlər üçün seminar və brifinqlər keçiriləcək.

2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksəkrütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
7
olaylar.az

10Источники