RU

Ərdoğan Netanyahunun Türkiyə açıqlamasına belə reaksiya verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun qalmaqallı açıqlamalarına sərt reaksiya göstərib.

News24.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Kampusunun təməlqoyma mərasimində çıxış edən dövlət başçısı bildirib ki, Qüds təkcə Türkiyənin deyil, bütün İslam dünyasının ortaq dəyəridir:

“Bilirəm ki, çətin vəziyyətdəsiniz, əsəbiləşməyə davam edin. Qüds bizimlə birlikdə 2 milyard insanın yaşadığı İslam dünyasının ortaq işi və mirasıdır. İcazəsiz əllərin onu bulandırmasına icazə verməyəcəyik. Müsəlmanlar olaraq Şərqi Qüdsdəki haqlarımızdan heç vaxt geri addım atmayacağıq".

Prezident əlavə edib ki, bu mövqeyi 27 il əvvəl İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olduğu dövrdən bəri dəyişməyib:

“O vaxt nümayiş etdirdiyimiz mövqeyi heç vaxt unutmayacaqlar”.

Qeyd edək ki, Netanyahu çıxışında Qüdsün İsrailə aid olduğunu deyərək, “Qüds bizim şəhərimizdir, cənab Ərdoğan. O, sizin şəhəriniz deyil və bir daha bölünməyəcək” ifadələrini işlədib.

Ərdoğan isə cavabında vurğulayıb ki, Türkiyə bölgədə sülhün, sabitliyin və ədalətin tərəfdarıdır, “ucuz polemikalara” isə vaxt ayırmayacaq.

Aqil

Избранный
91
news24.az

1Источники