RU

Hacıqabulda velosipedçini TIR vurub öldürdü

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hacıqabulda TIR velosipedçini vuraraq öldürüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Velosipedlə hərəkətdə olan Atbulaq sakinini iri tonnajlı yük avtomobili vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
5
qafqazinfo.az

6Источники