RU

​Avstraliyada 1,5 milyon insan üçün təhlükə Dəniz daşır

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Avstraliyada 2050-ci ilə qədər sahilyanı ərazidə yaşayan 1,5 milyon sakin dəniz səviyyəsinin yüksəlməsi ilə ciddi təhlükə altında olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Avstraliyanın yerli dairələri hesabat hazırlayıb. 72 səhifəlik əhatəli hesabatda bildirilir ki, təkcə sahilyanı ərazilər deyil, həm də daxili ərazilər iqlim fəlakətlərindən təsirlənəcək. Daşqınlar, siklonlar, quraqlıqlar, isti dalğalar və meşə yanğınları kimi hadisələrin artacağı proqnozlaşdırılıb. Şimali Avstraliya və böyük şəhərlərin kənarları ən çox risk altında olan ərazilər sırasındadır.

Hesabatda həmçinin qeyd olunub ki, Böyük Sədd rifi və Ningaloo rifi kimi mərcan rifləri yox olma təhlükəsi ilə üzləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
metbuat.az

2Источники