RU

Qəzzada ölənlərin sayı 65 mini keçib

Qəzza Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

Busaat.az xəbər verir ki, son 24 saat ərzində Qəzza zolağında 98 nəfər ölüb, 385 nəfər yaralanıb, 98 nəfər xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasının ardınca İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində martın 18-dən bu yana 12.511 fələstinli ölüb, 53.656 nəfər isə yaralanıb.

Mayın 27-dən bəri İsrailin ABŞ-ın rəhbərlik etdiyi sözdə yardım paylama məntəqələrini hədəf alan sistematik hücumlarında həlak olan və yaralanan fələstinlilərin sayı 2504-ü keçib.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 65 062 nəfərə, yaralıların sayının isə 165 697 nəfərə yüksəldiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) Qəzzada aclıq elan etdiyi 22 avqustdan bu yana 31-i uşaq olmaqla 154 nəfər aclıq və qida çatışmazlığından ölüb.

Qəzza zolağında minlərlə ölü hələ də dağıntılar altında qaldığı bildirilir.

Yeganə

Избранный
44
busaat.az

1Источники