RU

“Avropa üçlüyü” İranla BMT sanksiyalarının yenidən tətbiqini müzakirə edəcək

“Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri İrana qarşı BMT sanksiyalarının yenidən tətbiqi məsələsi ilə bağlı rəsmi Tehranla danışıqlar keçirməyi planlaşdırırlar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyinə fransalı diplomatik mənbə bildirib.

Məlumata görə, Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirləri bu gün iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı keçirəcəklər. Söhbət zamanı tərəflər BMT sanksiyalarının yenidən tətbiqi ilə bağlı qərarlarının təxirə salınması üçün daha əvvəl Tehrana irəli sürülən şərtləri müzakirə etmək niyyətindədirlər.

Britaniya, Fransa və Almaniya avqustun 28-də nüvə proqramı səbəbindən İrana qarşı sanksiyaların yenidən tətbiqi üçün sürətli reaksiya mexanizmini (“snapback”) aktivləşdiriblər. Əgər bu müddət ərzində Tehranla onun nüvə proqramına dair yeni razılaşma əldə edilməzsə, sanksiyalar 30 gün sonra yenidən tətbiq ediləcək.

Избранный
10
50
nocomment.az

10Источники