RU

Dövlət Suverenliyi Günündə Azərbaycanın gücü və Qarabağın inkişafı

Azərbaycan hər il sentyabrın 20-də Dövlət Suverenliyi Gününü qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu gün, 1991-ci ildə müstəqilliyin bərpası və ərazi bütövlüyü uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzidir.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildiri ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi və anti-terror əməliyyatı ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, 30 illik Ermənistan işğalına son qoyub:

"Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub: bərpa işlərinə 22 milyard manat vəsait ayrılıb, yalnız 2025-ci ildə Qarabağa 4 milyard manat vəsait nəzərdə tutulub, 2026-cı ilin sonunadək isə 140 min vətəndaş məskunlaşacaq. Bu, Azərbaycanın daxili maliyyə resursları hesabına suverenliyini və gücünü nümayiş etdirir".

 

Pərvanə Fərhadqızı

Избранный
54
qht.az

1Источники