RU

Nəsimi festivalı ilk dəfə Şamaxıdakı Nəsimi Bağlarında!

Bakı. Trend:

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksindəİmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramıntəqdimatı və “Nəsimi dastanı” baletinin yeni quruluşda premyerasıolacaq.

Trend xəbərverir ki, Nəsimi festivalıının ikinci günü keçiriləcək tədbirdəQədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti AlimQasımov, Əməkdar artist Fərqanə Qasımovanın, həmçinin İlkinDövlətov, Hüseyn Məlikovun ifaları səslənəcək, qiraətçilər – xalqartistləri Rasim Balayev, Mehriban Zəki, Xalidə Quliyeva, Əməkdarartist Qasım Nağı, eləcə də Əliağa Tapdıqov, Firuzə İsmayıl, LaləSüleymanlının təqdimatında şeirlər dinləniləcək.

Həmin gün Şamaxıda növbəti təqdimat – açıq səma altında“Multidissplinar İncəsənət Festivalı” olacaq. Müxtəlif ustaddərsləri keçiriləcək, qəzəlxan Arif Buzovnalı və gənc şairlərinçıxışları, həmçinin poeziya fləşmobu, eyni zamanda türkiyəli yazarvə musiqiçi Hakan Mengüçün sufizm fəlsəfəsi haqqında çıxışı,Türkiyənin “Tarz-ı Vefa Kervanı” qrupunun təqdimatları olacaq.

Axşam isə Nəsimi Bağlarında izləyicilər fərqli konsertproqramını seyr edəcəklər. Səhnədə F.Əmirov adına Azərbaycan DövlətMahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edəcək, xalqartistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu,əməkdar artistlər Sevda Ələkbərzadə, Elnur Mikayılov (kamança),həmçinin Çingiz Mustafayev, AİSEL, Azərbaycan Dövlət Akademik Operavə Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət XorKapellasının çıxışları olacaq.

Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də“Nəsini dastanı” baletinin yeni quruluşda nümayişidir. Dahibəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmışrejissor və prodüser Andris Liepanın rejissorluğu iləsəhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasınınifasında nümayiş olunacaq. Əsərin xoreoqrafı isə müxtəlif ölkələrdəfərqli truppalarla işləmiş Patrick De Banadır. “Nəsimi dastanı”baleti Şamaxıdakı Nəsimi Bağlarında açıq səma altında, Nəsimiabidəsinin önündə nümayiş olunacaq.

Ümumiyyətlə, 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu vəMədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı iləkeçiriləcək Nəsimi festivalı maraqlı təqdimatlar, premyeralarlayadda qalacaq.

Üç gün ərzində Bakı və Şamaxıda baş tutacaq festival Azərbaycanincəsənətinin təbliği baxımından mühüm beynəlxalq hadisə kimidəyərləndirilir və orta əsr Şərqinin ən böyük şairlərindən biriolan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsini təbliğedir.

Məqalədə:
Избранный
29
6
az.trend.az

7Источники