RU

Bu arayışları artıq “Asan Xidmət” dən ala biləcəksiniz KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ASAN xidmət” mərkəzlərinə yeni vəzifə həvalə ediləcək.

KONKRET.az bildirir ki, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik ediləcək.

Bunun üçün Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə 2026-cə ildə şəxsin narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayış verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi akt layihələrinin hazırlanmasını təmin etməlidir.

Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
15
konkret.az

10Источники