AZ

Narkotik istifadəçisi kimi qeydiyyata alınmaqla bağlı arayış “ASAN xidmət”də veriləcək

Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdiriləcək.

Bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, bu məqsədlə həmin xidmətin "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik ediləcək

Tədbirlərin icra müddəti 2026-cı ili əhatə edəcək.

Nazirlər Kabineti əsas icracı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi isə digər icraçı qurumlar kimi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
9
olaylar.az

10Mənbələr