Avropa İttifaqı (Aİ) İsrailin Qəzzaya qurudan hücumu və İordan çayının qərb sahilindəki addımlarına qarşı tədbir görməyə hazırlaşır. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas İsrail mallarına gömrük imtiyazlarının dayandırıla biləcəyini açıqlayıb.
Kallas bildirib ki, Qəzzadakı müharibə və İordan çayının qərb sahilində davam edən insan haqları pozuntuları Aİ-İsrail ticarət əlaqələrində sanksiya ehtimalını artırır. O, İsrail-Avropa İttifaqı Assosiasiyası Sazişi çərçivəsində verilən ticarət imtiyazlarına yenidən baxılmasının gündəmdə olduğunu deyib.
Kallas 2024-cü ildə iki tərəf arasında ticarət həcminin 42,6 milyard avro olduğunu və bu ticarətin təxminən 37 faizinin gömrük rüsumlarından azad olduğunu qeyd edib. Planlaşdırılan sanksiyaların xüsusi olaraq güzəştli ticarəti hədəf alacağını vurğulayan Kallas, "bu addımın İsrail üçün böyük bədəli olacağını" deyib.
Kallas etiraf edib ki, sanksiya qərarının həyata keçirilməsi üçün Aİ-yə üzv ölkələrin əksəriyyətinin təsdiqi lazımdır, lakin bu məsələdə birlik içində hərəkət etmək heç də asan olmayacaq: "Bütün həmsöhbətlərimə verdiyim sual budur: Əgər biz bu vəziyyətin son dərəcə ciddi, fəlakətli və dayanıqlı olmadığını düşünürüksə, onda biz nə edə bilərik? Əgər bu tədbirləri dəstəkləmirsinizsə, başqa nə təklif edirsiniz?"
TAHİR