RU

Səyyad Aran: “Nazirlərimizin fəaliyyət tempi Prezidentimizin tempinə uyğun gəlmir”

“Nazirlərimizin fəaliyyət tempi Prezidentimizin tempinə uyğun gəlmir”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Səyyad Aran komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, ən öndəgedən şəxslər deputatlardır:

“Milli Məclisin plenar iclaslarında adbaad deyəcəyəm nazirlərin adlarını. Nə işlə məşğulsunuz?”

Deputat əlavə edib ki, nazirlər onların zənglərini cavabsız qoyurlar:

“Yaxşı, anladıq, işiniz başınızdan aşır. Bəs sizin köməkçiləriniz hansı işə baxır? Müraciətlərimizə vaxtında baxsanız, biz də bilərdik ki, vətəndaşa nə deyək. Köhnə qaydalardan çıxmaq lazımdır”.

Избранный
20
3
editor.az

4Источники