RU

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Dünya və ənənəvi dinlərin liderlərinin VIII qurultayı çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi və xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi məsələlərində oxşar mövqelərinin olduğunu vurğulayıb.

Qazaxıstan dövlət başçısı dinlərarası anlaşmanın və qarşılıqlı fəaliyyətin təşviqinin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini ifadə edib.

Избранный
45
15
axar.az

10Источники