RU

Slovakiya Rusiya enerji resurslarından imtina etməyi planlaşdırmır

BAKI, 17 sentyabr. TELEQRAF

Slovakiya ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) dövlətlərinə yönəltdiyi çağırışlara baxmayaraq, yaxın müddətdə Rusiya neft və qazının idxalını azaltmağı nəzərdə tutmur.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova bildirib.

Nazir qeyd edib ki, hər hansı öhdəlik götürülməzdən öncə ölkə daxilində zəruri infrastrukturun yaradılması vacibdir.

"Əks təqdirdə, bu addım Slovakiyanın sənayesi və ümumi iqtisadi inkişafı üçün ciddi fəsadlara yol aça bilər. Slovakiya Qərbdən alternativ enerji resurslarının tədarükü marşrutlarının "ən kənar sərhədində" yerləşir və bu vəziyyət ölkə üçün əlavə risklər yaradır".

Onun sözlərinə görə, yalnız etibarlı alternativ təchizat mənbələri formalaşdırıldıqdan sonra Rusiyadan enerji asılılığının azaldılması məsələsinə baxıla bilər.

Избранный
50
teleqraf.com

1Источники