RU

Uşaq evi sosial xidmət müəssisələrinin 22 sakini ali və orta ixtisas məktəblərində təhsil alacaqlar

Bakı, 17 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsil müəssisələrində, 19-u isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, agentliyin uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur.

Избранный
27
5
azertag.az

6Источники