RU

Aİ dondurulmuş rus aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı qərar verə bilər

BAKI, 17 sentyabr. TELEQRAF

Sentyabrın 19–20-də Kopenhagendə keçiriləcək Avropa İttifaqının maliyyə nazirlərinin görüşündə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yönəldilməsi müzakirə ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu mövzuda qərar oktyabrın 23–24-də keçiriləcək Aİ liderlərinin sammitinədək təqdim oluna bilər.

Nəşrin yazdığına görə, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın hərbi kampaniyasında istifadə Aİ-də yenidən aktuallaşıb. Digər amil isə ABŞ-nin təzyiqidir. Vaşinqton Avropanı rus aktivlərindən daha fəal istifadə etməyə çağırır.

Bundan başqa, Avropada ABŞ-nin Ukraynaya dəstəyi dayandıracağı yönündə narahatlıq var. Bu halda maliyyə yükü Avropa İttifaqı və onun ən iri iqtisadiyyatı olan Almaniyanın üzərinə düşə bilər. Agentliyin məlumatına görə, məhz bu səbəbdən əvvəllər Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə tənqidi yanaşan Almaniya hökuməti mövqeyini dəyişib.

Избранный
29
2
teleqraf.com

3Источники