RU

İran ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib

BAKI, AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2022-ci ilin sentyabrında baş verən iğtişaşların ildönümü ilə bağlı açıqlamasına sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, rəsmi Tehran Vaşinqtonun bəyanatını “ikiüzlü, saxta və təhqiramiz” adlandıraraq, ABŞ-ı İranın daxili işlərinə qarşı “aqressiv və cinayətkar müdaxilə” həyata keçirməkdə ittiham edib.

Nazirliyin açıqlamasında vurğulanıb ki, ABŞ uzun illərdir İran xalqına qarşı düşmənçilik siyasəti yürüdür:

  • 1953-cü ildə dövlət çevrilişinə dəstək,
  • 1980-ci illərdə Səddam Hüseyn ilə əməkdaşlıq və kimyəvi silahların istifadəsinə göz yummaq,
  • 1988-ci ildə İran sərnişin təyyarəsinin vurulması,
  • sərt iqtisadi sanksiyaların tətbiqi,
  • son illərdə İsraillə birgə nüvə obyektlərinə hücumlar və alimlərin, hərbçilərin, qadın və uşaqların öldürülməsi.

İran həmçinin ABŞ-ın insan hüquqları ilə bağlı mövqeyini riyakar adlandırıb. Bildirilib ki, Vaşinqton İsrail rejiminin əsas dəstəkçisidir və bu rejim son iki ildə Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 65 mindən çox insanı qətlə yetirib. Nazirlik hesab edir ki, belə bir ölkənin “insan hüquqları” barədə danışmağa heç bir haqqı yoxdur.

“İran xalqı ABŞ siyasətçilərinin insan hüquqları ilə bağlı iddialarını onların dünya miqyasında, xüsusən Qərbi Asiyada həyata keçirdiyi aldatma və cinayətkar fəaliyyətlər fonunda qiymətləndirir. İranlılar ABŞ-ın qanunsuz müdaxilələrini və vəhşi cinayətlərini heç vaxt unutmayacaq və bağışlamayacaq” – bəyanatda qeyd olunub.

Избранный
29
turkic.world

1Источники