Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir. Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Məlumata əsasən, 11 oktyabrdan etibarən qatar - Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.
Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, "ADY Mobile" tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.