RU

Daşbulaq sakini: Hər bir şəhid ailəsini, şəhid anasını evimizdə qonaq görmək istərdim VİDEO

Xocalı, 17 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Hər bir şəhid ailəsini, şəhid anasını evimizdə qonaq görmək istərdim. Bu torpaqlara onların övladlarının sayəsində qayıtmışıq, istərdim ki, şəhid ailələri bizə qonaq gəlsinlər. Onlar bütün Azərbaycan xalqının övladlarıdır. Bugünkü günümüzə şükürlər olsun.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Xocalının Daşbulaq kənd sakini İlhamə Novruzova deyib.

Köçkünlük illərinin artıq geridə qaldığını, doğma yurduna qayıtdığını bildirən İlhamə xanım bu qürurlu günləri digər keçmiş məcburi köçkünlər üçün də arzulayıb: "Çox gözəl anlardır, biz artıq öz evimizdə yaşayırıq. Xalqımıza da təşəkkür edirik. İllərlə bizə qucaq açdılar. Artıq biz öz yurdumuzda, doğma Qarabağdayıq”, - deyə o əlavə edib.

Избранный
15
2
azertag.az

3Источники