RU

BMT gələn il üçün büdcəsini 500 milyon dollar azaltmağı planlaşdırır  

BMT-nin 2026-cı il büdcəsinin əvvəlki illə müqayisədə 15 faiz - 500 milyon dollar azaldılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

BMT-nin Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı məktubda qeyd olunur ki, resursların bölüşdürülməsi zamanı BMT Nizamnaməsinin üç əsas sütunu – insan hüquqları, dayanıqlı inkişaf, həmçinin sülh və təhlükəsizlik arasında tarazlıq saxlanılıb.

İxtisarların sülhməramlı missiyaların dəstəklənməsi büdcəsinə də təsir edəcəyi gözlənilir. Bundan əlavə, bəzi funksiyaların Nyu-York və Cenevrədən daha az xərc tələb olunan şəhərlərə köçürülməsi təklif olunur. BMT 2027-ci ilədək Nyu-Yorkda icarəyə götürdüyü iki binadan imtina etməyi planlaşdırır. Hazırda bu təkliflər BMT-nin İnzibati və Büdcə məsələləri üzrə Məsləhət Komitəsində müzakirə olunur. Daha sonra Baş Assambleyanın Beşinci Komitəsində 193 üzv dövlətin iştirakı ilə yekun qərar qəbul ediləcək. Qərarın 2025-ci ilin dekabrınadək açıqlanması gözlənilir.

Qərb mediasının yazdığına görə, son illər BMT maliyyələşdirmə ilə bağlı çətinliklərlə üzləşir. Bəzi üzv ölkələr təşkilat üçün nəzərdə tutulan vəsaitləri ya tam şəkildə ödəmir, ya da ödənişlərdə gecikmələr olur. BMT üçün əlavə çətinliklərdən biri də ABŞ-da Donald Trampın hakimiyyətə qayıtmasıdır. Ağ Evin hazırkı rəhbəri dəfələrlə BMT-ni “qeyri effektiv qurum” adlandırıb və onun maliyyələşdirilməsinə böyük məbləğdə vəsait ayrılmasına qarşı olduğunu bildirib.

Избранный
23
4
azerbaijan-news.az

5Источники