RU

Mirziyoyev: Yoxsulluğun azaldılması üçün yeni Özbəkistan modeli yaradılıb

BAKI, 17 sentyabr. TELEQRAF

“Yoxsulluğun azaldılması üçün yeni Özbəkistan modeli yaradılıb”.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Prezident bildirib ki, ardıcıl islahatlar sayəsində ölkədə 7,5 milyon insan yoxsulluqdan xilas edilib, 2024-cü ildə yoxsulluğun səviyyəsi 8,9 faizə endirilib, ilin sonuna kimi bu həddi 6 faizə endirmək hədəflənib:

“Bu nəticənin əldə olunmasında mühüm amil Özbəkistan iqtisadiyyatının ötən dövrdə iki dəfə artaraq, ilin sonuna kimi adambaşına düşən gəlirin 3500 dollara çatmasıdır”.

Mirziyoyev vurğulayıb ki, yeni təşəbbüslərin və təcrübələrin sınaqdan keçirilməsi, dünyada müsbət nailiyyətlərin öyrənilməsi yolu ilə yoxsulluğun azaldılması üzrə yeni Özbəkistan modeli yaradılıb.

Избранный
54
teleqraf.com

1Источники