RU

“Qarabağ” “Benfika”dan qat qat yaxşı oynadı”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Benfika”nı səfərdə məğlub edib. Hesabıda 0:2 geri düşən atlılar daha sonra 3 qol vuraraq, meydanı qalib tərk edib.

Millinin sabiq futbolçusu Ceyhun Sultanov “Futbolpress.az“a açıqlamasında matçı şərh etdi:

“Qarabağ”ın oyunu möhtəşəm oldu. “Qarabağ”ın gücünü bilirdik, özlərinə məxsus üslubları var və onlara inanırdım. Komanda öz oyununu oynadı, komanda şəklində yaxşı matç keçirdi. Rəqiblər yalnız ad baxımdan “Qarabağ”dan üstün görünür. Adlarına görə onları şişirdirik. “Qarabağ” möhtəşəm komandadır və daha da yaxşı olacaq. “Qarabağ” “Benfika”dan qat-qat yaxşı oynadı. Onlara uğurlar arzu edirəm”.

Sultanov oyunun geridönüş anının birinci hissədə vurulan qol olduğunu qeyd etdi:

“Geridönüşün açarı imkanlardan maksimum yararlanmaq və ilk hissədə fərqi azaltmaq idi. Birinci yarıda qol vura bilməsəydik, çox çətin olacaqdı”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
futbolpress.az

1Источники