RU

İki F-35 qırıcısı Yaponiyanın şimal-şərqində təcili eniş edib

İki

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus iki F-35 qırıcısı ölkənin şimal-şərqində təcili eniş edib.

Xalqcebhesi.az xəbər verir ki,“Sankei” qəzetinin məlumatına görə, ASDF-yə məxsus iki F-35 qırıcısı ölkənin şimal-şərqindəki Aomori hava limanına təcili eniş edib.

Təcili enişdən sonra hava limanının uçuş-enmə zolağı ilə parklanma yerlərini birləşdirən keçidlər müvəqqəti bağlanıb.

Aomori prefekturasının məlumatına görə, təcili enişdən sonra təyyarəyə heç bir ziyan dəyməyib.

Yerli aviaşirkətlərin bəzi reysləri uçuş-enmə zolağının bağlanması səbəbindən təxirə salınıb.

Rəsmilər bildiriblər ki, döyüş təyyarələri Aomori prefekturasındakı Misawa aviabazasında yerləşdirilib.

Məryəm Quliyeva

Избранный
46
1
xalqcebhesi.az

2Источники