Almaniya hökuməti İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı hələ qərar verməyib.
News365.az xəbər verir ki, bunu hökumətin sözçüsü Stefan Kornelius açıqlayıb.
O bildirib ki, Avropa Komissiyası artıq bir neçə gündür sanksiyalar üzərində müzakirələr aparır və tədbirlərin təqdimatı bu gün planlaşdırılır:
“Bizim sanksiyalar planından xəbərimiz var, lakin Almaniya hökuməti hələ yekun qərar qəbul etməyib”, – deyə Kornelius əlavə edib.
Qeyd edək ki, Avropa Komissiyası Qəzzadakı hərbi əməliyyatlar səbəbindən İsrailə qarşı iqtisadi tədbirlər elan etməyə hazırlaşır.
News365.az