RU

Almaniya İsrailə qarşı sanksiyalarda hələ yekun qərar verməyib

Almaniya hökuməti İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı hələ qərar verməyib.

News365.az xəbər verir ki, bunu hökumətin sözçüsü Stefan Kornelius açıqlayıb.

O bildirib ki, Avropa Komissiyası artıq bir neçə gündür sanksiyalar üzərində müzakirələr aparır və tədbirlərin təqdimatı bu gün planlaşdırılır:
“Bizim sanksiyalar planından xəbərimiz var, lakin Almaniya hökuməti hələ yekun qərar qəbul etməyib”, – deyə Kornelius əlavə edib.

Qeyd edək ki, Avropa Komissiyası Qəzzadakı hərbi əməliyyatlar səbəbindən İsrailə qarşı iqtisadi tədbirlər elan etməyə hazırlaşır.

News365.az 

Избранный
18
news365.az

1Источники