RU

Latviyada Rusiyaya hərbi obyektlər haqqında məlumat ötürən casus ifşa edilib

Riqada hərbi obyektlər və NATO-nun varlığı ilə bağlı məxfi məlumatları Rusiyaya ötürən şəxs həbs edilib. Bu barədə “Delfi”yə istinadən Oxuməni.az məlumat yayıb. Latviya Dövlət Təhlükəsizlik Xidməti Rusiyaya casusluqda şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb. O, avqustun 27-də saxlanılıb və hazırda qeyri-qanuni məlumat toplamaq və xarici kəşfiyyat xidmətlərinə ötürmək ittihamı ilə cinayət işi açılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, həmin şəxs Rusiya kəşfiyyatına aşağıdakılar barədə məlumat verib:

hərbi obyektlərin yerləşdirilməsi və planlaşdırılması;

təhlükəsizlik sistemləri və yeni obyektlərin tikintisi;

hərbi təlim;

digər NATO ölkələrinin əsgərlərinin Latviya ərazisində olması.

Təhlükəsizlik xidmətləri məlumatın Latviya və digər Baltikyanı ölkələrin təhlükəsizliyinə qarşı istifadə oluna biləcəyinə inanır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan şəxslə bağlı Riqa və onun ətrafında dörd yerdə əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Axtarışlar zamanı məlumat saxlama cihazları və sənədlər götürülüb və hazırda ətraflı müayinə aparılır.

Şübhəlinin barəsində istintaqın davam etdirilməsi üçün həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Böyük Britaniyada bir qrup rus casus ifşa edilib. Onlar Rusiya üçün kəşfiyyat məlumatları toplayırdılar.

Bundan başqa, Estoniya hakimiyyəti Rusiya kəşfiyyat xidmətlərinin hibrid əməliyyatının uğurlu ifşasını elan edib və cinayət işi çərçivəsində 10 nəfər saxlanılıb.

Oxuməni.az

Избранный
29
1
oxumeni.az

2Источники