RU

Bu gün maqnit qasırğaları nə dərəcədə təsirli olacaq? - Alimlərdən proqnoz

Sentyabrın 17-də Yer kürəsində zəif maqnit qasırğalarının baş verməsi mümkündür.

Ölkə.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidmətindən məlumat verilib.

"Günlük (sutkalıq) proqnoz: geomaqnit şərait - Günəş küləyinin yüksək sürətinin davam etməsi səbəbindən geomaqnit dalğalanmaların yüksək riskləri və zəif maqnit qasırğaları", - deyə laboratoriyanın saytında bildirilib.

Eyni zamanda alimlər qeyd ediblər ki, gün ərzində partlayış aktivliyi yüksək olacaq və orta dərəcədə artma ehtimalı ola bilər. Geomaqnit dalğalanmaların riski də yüksəkdir.

Избранный
43
3
olke.az

4Источники