RU

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana neft ixracı kəskin şəkildə azalıb

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistanaümumilikdə 782 min dollar məbləğində 1,747 min ton xam neft vəbitum süxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilinanoloji dövrünün göstəriciləri ilə müqayisədə, dəyər ifadəsindəixrac 646 milyon dollar və ya 99,9% azalıb, həcm ifadəsində isə1,028 milyon ton və ya 99,8% azalıb.

Keçən ilin ilk səkkiz ayı ərzində Azərbaycandan Hindistana 646,8milyon ABŞ dolları dəyərində 1,029 milyon ton xam neft və neftməhsulları ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 15,925 milyon ton həcmində və 8,396 milyard ABŞdolları məbləğində xam neft və bitum tərkibli neft məhsulları ixracedilib.

Məqalədə:
Избранный
75
az.trend.az

1Источники