RU

Joze Mourinyo "Benfika"ya gedir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo daha əvvəl "Benfika"da baş məşqçi postundan kənarlaşdırılan Bruno Lajeni əvəz edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, tərəflərin danışıqları davam edir, Mourinyonun özü isə mümkün qədər tez işə başlamaq arzusundadır.
Jozenin son iş yeri Türkiyənin "Fənərbağça" klubu olub. Mütəxəssis bu il avqustun sonunda klubu tərk edib. Mourinyo daha əvvəl "Real Madrid", "Çelsi", "İnter", "Tottenhem", "Roma", "Porto" kimi klublarda çalışıb.
Qeyd edək ki, "Benfika" ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a uduzub (2:3).
Избранный
33
oxu.az

1Источники