ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan klubu “Qarabağ” səfərdə Portuqaliya təmsilçisi “Benfika” üzərində 3:2 hesablı qələbə qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, meydan sahibləri 30-cu dəqiqəyə qədər 2:0 öndə olub, lakin “Qarabağ” geri dönüş edərək matçı öz xeyrinə çevirib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına görə, 2025-ci ilədək “Benfika” qitənin ən nüfuzlu klub turnirində 2 top fərqi ilə öndə olduğu matçları heç vaxt uduzmayıb.
Cari il isə Lissabon təmsilçisi artıq ikinci dəfə belə aqibət yaşayır. Komanda ilin əvvəlində “Barselona” ilə oyunda 4:2 hesabı ilə öndə olduğu halda meydandan 4:5 məğlub ayırılmışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.