EN

Bunu yalnız “Qarabağ” və “Barselona” bacarıb

ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan klubu “Qarabağ” səfərdə Portuqaliya təmsilçisi “Benfika” üzərində 3:2 hesablı qələbə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, meydan sahibləri 30-cu dəqiqəyə qədər 2:0 öndə olub, lakin “Qarabağ” geri dönüş edərək matçı öz xeyrinə çevirib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına görə, 2025-ci ilədək “Benfika” qitənin ən nüfuzlu klub turnirində 2 top fərqi ilə öndə olduğu matçları heç vaxt uduzmayıb.

Cari il isə Lissabon təmsilçisi artıq ikinci dəfə belə aqibət yaşayır. Komanda ilin əvvəlində “Barselona” ilə oyunda 4:2 hesabı ilə öndə olduğu halda meydandan  4:5 məğlub ayırılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
1
idmanxeber.az

2Sources