RU

Polşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb

Polşada yerləşən Orjış hərbi poliqonunda "Dəmir qapılar" adlı genişmiqyaslı hərbi təlimlərə start verilib. Təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 km məsafədə yerləşir.

APA xəbər verir ki, bu barədə Polşanın “TVP Info” portalı məlumat yayıb.

Qeyd olunur ki, təlimləri Polşanın baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamyş və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər.

"Dəmir qapılar" təlimləri çərçivəsində zirehli, mexanikləşdirilmiş, artilleriya və hava bölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir.

Bu təlimlər, 2025-ci ildə Polşada keçirilən ən böyük hərbi manevrlər olan "Dəmir müdafiəçi" (Iron Defender) proqramının bir hissəsidir.

Təlimlər quru, dəniz və hava əməliyyatlarını əhatə edir və orada ordu, Hərbi Hava Qüvvələri, Donanma, xüsusi təyinatlı qüvvələr və ərazi müdafiə birləşmələri iştirak edir.

Ümumilikdə təlimlərə Polşa və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.

Избранный
21
7
apa.az

8Источники