RU

Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 15 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 7,1 milyon manat olub...

Bu barədə Poliqon-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə real ifadədə 15,4 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub. Bu, ümumi dövriyyənin 58 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 % artaraq 1 milyard 495,9 milyon manat olub.

Poliqon.info

Избранный
22
3
poliqon.info

10Источники