Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 7,1 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ümumi dövriyyənin 58 faizi və ya 584,2 milyon manatı hüquqi şəxslərin payına düşüb.