RU

Azərbaycandan xaricə göndərilən pul baratları 238,2 milyon dollar təşkil edib

2025-ci ilin ilk 6 ayında Azərbaycana xaricdən köçürülmüş pul baratları 533,9 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.

S. Nəsirovun açıqlamasına görə, pul baratları daxil olan əsas ölkələr Rusiya (214 milyon dollar), Türkiyə (52,1 milyon dollar) və ABŞ-dır.

Eyni dövrdə Azərbaycandan xaricə göndərilən pul baratları 238,2 milyon dollar olub. Burada da əsas köçürmələr Türkiyəyə (68 milyon dollar), ABŞ-a (40 milyon dollar) və Rusiyaya (22,1 milyon dollar) yönəlib.

Fuad Mədətov
Finss.az

Избранный
25
3
fins.az

4Источники