RU

“Sony Pictures”dan kinematoqrafçılar üçün yeni fürsət

Bakı, 17 sentyabr, AZƏRTAC

“Sony – Gələcəyin Kinematoqrafçısı Mükafatları” (Sony Future Filmmaker Awards) yaradıcı şəxslər və kinematoqrafçılar üçün unikal imkanlar təqdim edən mühüm bir proqramdır.

AZƏRTAC xəbər verir ki, qısa siyahıya düşənlər Kaliforniya, Kalver-Sitidə (Culver City) yerləşən Sony Pictures studiyasına dəvət olunurlar. Onlar burada mükafatlandırma mərasiminə və xüsusi olaraq hazırlanmış sənaye üzrə təcrübə proqramında iştiraka dəvət edilirlər. Bu proqram çərçivəsində Sony Pictures rəhbərlərinin keçirdiyi eksklüziv seminarlar, ustad dərsləri, panel müzakirələri, studiya turları, film nümayişləri və sual-cavab sessiyaları təşkil olunur.

Mükafatlar 5 kateqoriyada (Bədii, qeyri – bədii, tələbə işi, animasiya və gələcəyin formatı) verilir. Təqdim olunacaq filmlərin xronometrajı 5 – 20 dəqiqə aralığında olmalıdır.

Müraciət üçün son tarix dekabr 16-dəkdir.

Daha ətraflı məlumat üçün rəsmi elan – https://www.sonyfuturefilmmakerawards.com/

 

Избранный
14
2
azertag.az

3Источники