RU

Ay nazir, ay komitə sədri niyə deputatın müraciətinə cavab vermirsən? - Səyyad Aran

"Camaat məndən soruşur ki, ay müəllim, bəs nə oldu? Buna mən cavab verirəm. Bəs ay nazir, ay komitə sədri sən niyə deputatın müraciətinə cavab vermirsən?"

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib. 

O qeyd edib ki, amma xalqla üzbəüz qalan deputatdır, nazir və komitə sədri deyil: "Heç olmasa öz köməkçilərinə desələr ki, gör o “Qasımov Həsən” nə deyir. Hörmətli sədr bizim müraciətlərimizə cavab vermirlər. Verdikləri cavablar isə çox bivecdir. O vaxt Lenin movzoleyinə insanlar məktub yazırdılar. Bir aydan sonra bizə bivec bir cavab verirlər”.

Deputat əlavə edib ki, nəticədə camaatla bağlılığa, onların sullarına, problemlərinə diqqətlə yanaşmasına mane olur.

“Onlar da deyir ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Zəng edin, görün, deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəyəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər".

Mürtəza

Избранный
38
3
paralel.az

4Источники