RU

Fərqanə Qasımova Nigar Camalla qalmaqalından danışdı

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əməkdar artist Fərqanə Qasımova "Avroviziya 2011" qalibi Nigar Camalla aralarında yaşanan qalmaqaldan danışıb.

Axşam.az xəbər verir ki, F.Qasımova "Rəngarəng" proqramında bu məsələnin bağlanmasını istədiyini deyib. O bildirib ki, atası, Xalq artisti Alim Qasımovun ailəsinə sataşmaq yaxşı deyil:

"Sənətkara hörmət edənlər onun ailəsinə də hörmət edər. Sabah hamımız üz-üzə gələcəyik, məclis adamlarıyıq. Bir əlyeri qoymaq lazımdır. Xəbərlərin bəziləri mən tərəfdən çıxmamışdı. Əks tərəfdən bir açıqlama gəldi. Ürəkbulandıran insanlar sənətkarlar arasında nifaq salır. Alim Qasımovun ailəsinə dəyməyin. Mən də onun övladıyam. Bu ata-baladan dünyaya bir də gələcək, ya yox bilinmir. Bu sözlərlə ailəmizin ürəyini bulandırmayın. Qulağınızı bizim ailə ilə bağlı söhbətlərə bağlayın. Biz abrımızı qoruyub, musiqiyə xidmət edənlərik".

Qeyd edək ki, F.Qasımova Nigarın açıq geyimi ilə bağlı açıqlamasına "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır -  türk qardaşlarımız demişkən" şərhini yazıb.

Nigar isə açıqlamasında qarşı tərəfə "Hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır" cavabını verib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam_magazin (@axsam_magazin)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
axsam.az

1Источники